RU

Kürdəmirdə 45 yaşlı kişi bıçaqlandı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində rayon sakini 1980-cı il təvəllüdlü Kərimov Taleh Oktay oğlu bıçaq xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Избранный
8
1
avtosfer.az

2Источники