RU

TFF-dən prinsipial oyunlarla bağlı yeni qərar

Türkiyə futbolunda qarşıdakı həftə yenə derbi həftəsidi.

Çempionluq mubarizəsinə təsir edə biləcək bir derbidə ''Qalatasaray'' ''Beşiktaş''ın qonağı olacaq.

''Football-plus.az'' xəbər verir ki, ''Qartal''ın hər nə qədər artıq çempionluq şansı qalmasa da, komanda bu görüşdə qalib gələcəyi təqdirdə zirvədə vəziyyət ciddi dərəcədə dəyişə bilər.

Təbii ki, hakimlik məsələsi yenə gündəmdədi. Bu arada NTV kanalının iddiasına görə Türkiyə Futbol Federasiyası (TFF) tək derbi yox, mövsümün qalan hissəsində nəhənglərin iştirakı ilə keçiriləcək bütün prinsipial oyunlarla bağlı mühüm qərar qəbul edib.

Belə ki, martın 29-da oynanılacaq derbi də daxil olmaqla mövsümün qalan hissəsində ''Qalatasaray'', ''Fənərbaxça'', ''Beşiktaş'' və ''Trabzonspor''un öz aralarında keçirəcəkləri bütün oyunlara əcnəbi hakim dəvət olunacaq!

Bilindiyi kimi 25-ci turda keçirilən ''Qalatasaray'' - ''Fənərbaxça'' derbisini sloveniyalı Slavko Vinçiç idarə etmişdi. Həmin matçın ardından ''Beşiktaş'', ''Trabzonspor'' və ''Samsunspor'' başda olmaqla bəzi klublar federasiyaya müraciət edərək öz oyunlarına da əcnəbi hakim təyin olunmasını istəmişdilər.

Düzdü, federasiya prezidenti İbrahim Hacıosmanoğlu hakimlərlə keçirdiyi son toplantıda onlara güvəndiyini bildirmiş və mövsümün qalan hissəsində bir daha əcnəbi hakimlərin xidmətinə ehtiyac duymayacaqlarını demişdi. Amma federasiyanın idarə heyətinin son toplantısında yeni qərar qəbul olundu.

TFF bununla da bütün klublara eyni gözlə baxdığını və ədalət prinsipini pozmaq istəmədiyini göstərməyə çalışacaq.

ƏLİ

Избранный
35
football-plus.az

1Источники