RU

Millimizin vingeri Finlandiyanın final oyununa vəsiqə qazandı

Finlandiyada Liqa Kubokunun yarımfinal oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçünün formasını geyindiyi “Helsinki” “KuPS”la qarşılaşıb.

Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü ikinci hissədə meydana çıxıb və komandasının qalibiyyətində önəmli rol oynayıb. Məhz onun “döyüş”ə atılmasından sonra komandası 2 qol vurub.

Bu qələbə sayəsində “Helsinki” finala vəsiqə qazanıb. Həlledici görüş martın 29-da “İnter Turku”ya qarşı olacaq.

Избранный
15
5
sportinfo.az

10Источники