Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 30-cu tur çərçivəsində evdə “Keçiöregücü” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Diniyev ilk 45 dəqiqə ərzində oynayıb.
“Çorum” hazırda 45 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.