Hələ təqdimatı keçirilməmiş "iPhone 17" smartfonlarının bütün modellərinin dizayn və ölçüləri aşkara çıxarılıb.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, nüfuzlu insayder Sonni Dikson "X" sosial şəbəkə hesabında "iPhone 17" modellərinin maketlərinin fotoşəkillərini və ölçülərini paylaşıb.
Hər bir modelin ölçüləri maketin arxa tərəfində göstərilib:
"iPhone 17" - 149,6×71,4×7,9 mm
"iPhone 17 Air" - 156,1×74,7×5,6 mm
"iPhone 17 Pro" - 149,6×71,4×8,7 mm
"iPhone 17 Pro Max" - 163×77,5×8,7 mm
Qeyd edək ki, "iPhone 17" modellərinin rəsmi təqdimatı cari ilin payızına proqnozlaşdırılıb.



