RU

Ənvər Həsənovun dəfn yeri bilindi

Xəbər verdiyimiz kimi, Xalq artisti Ənvər Həsənov 75 yaşında ötən axşam evində dünyasını dəyişib.

OLAY yazır ki, mərhumun yaşadığı Şüvəlanda dəfn mərasimi keçirilir 

Redaksiyamızın əldə etdiyi məlumata görə Ə.Həsənov Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Избранный
125
25
olay.az

10Источники