Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüsü nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsilə Bakıxanov küçəsinin kəsişməsində baş verib.
Belə ki, Nəcəf bəy Vəzirov küçəsindən Rəşid Behbudov küçəsinə dönən sürücü yüksək sürətlə hərəkət edən avtomobilin qarşısına çıxıb. Sürücü sağa qəfil manevr edib qəzadan yayınmaq istəsə də, bu, uğursuz olub. O, svetoforda dayanmış iki avtomobilə çırpılaraq zəncirvari qəza törədib.
Fərid