RU

ABŞ Rusiya Cinayətlərini Araşdıran Beynəlxalq Qrupdan çıxdı - NYT

Bu fikirlər New York Times-də (NYT) dərc olunan məqalədəndir.Nəşr mövcud vəziyyətlə yaxından tanış olan mənbələrə istinad edib.

Rusiya ilə Ukrayna torpaqlarının bölünməsi müzakirə olunur- "Reuters"
“ABŞ-nin 2023-cü ildə qoşulduğu Ukraynaya qarşı təcavüz cinayətinə görə beynəlxalq təqib qrupundan çıxmaq qərarı Tramp administrasiyasının prezident Baydenin Putini ukraynalılara qarşı törədilmiş cinayətlərə görə şəxsən məsuliyyətə cəlb etmək öhdəliyindən geri çəkilməsinə son işarədir”, – müəllif yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az

Избранный
18
azvision.az

1Источники