RU

Xəzər dənizində süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

Bakı. Trend:

“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış sufondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqınınhesablanması Qaydası” təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə Baş nazir müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu qayda süni torpaq sahəsinin yaradılmasıməqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinəgörə ödənilən illik icarə haqqının məbləğinin hesablanmasıqaydasını müəyyən edir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış sufondu torpaq sahəsinin və süni torpaq sahəsinin 100 kvadratmetriüçün illik icarə haqqının bazis qiyməti 10,0 (on) manat təşkiledir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış sufondu torpaq sahəsinin və süni torpaq sahəsinin 100 kvadratmetriüçün illik icarə haqqının məbləği sahilboyu zonada yerləşən şəhərvə rayonlar üzrə bu düsturla hesablanır: Q = St x Bq x Zə + Ssf xBq x Zə x Tə

Burada: Q - illik icarə haqqının məbləği; St - sahilboyuzolaqda, adada yerləşən və sahilboyu zolağa bitişik torpaqsahəsinin ölçüsü; Ssf - süni torpaq sahəsinin yaradılması məqsədiləayrılmış su fondu torpaq sahəsinin ölçüsü (sahilboyu zolaqda, adadayerləşən və sahilboyu zolağa bitişik torpaq sahəsi çıxılmaqla); Bq- bazis qiyməti; Zə - zona əmsalı; Tə - təshih əmsalıdır.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış sufondu torpaq sahəsinə (sahilboyu zolaqda yerləşən torpaq sahəsiçıxılmaqla) 0,6 həddində təshih əmsalı tətbiq edilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsi üzrə 9 zona müəyyən edilərək bu Qaydaya əlavədə göstərilənmüvafiq zona əmsalları tətbiq edilir.

Избранный
29
1
az.trend.az

2Источники