RU

95 gündür okenda itən balıqçı sağ tapıldı

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 7-də Perunun Markona sahilindən balıq tutmaq üçün okeana açılan Maksimo Napa Kastro, pis hava şəraiti səbəbindən Sakit Okeanda itib. 95 gündür xəbər alınmayan 61 yaşlı balıqçı ekvadorlu balıqçılar tərəfindən sağ tapılıb.

Hafta.az-ın yazdığına görə, Kastro dənizdə olduğu müddətdə sağ qalmaq üçün yağış suyunu içdiyini, tısbağa, quş və böcək kimi canlılarla qidalandığını açıqlayıb. Çətin şəraitdə sağ qalmağı bacaran balıqçı ailəsini düşünərək özünü motivasiya etdiyini bildirib.

Yaşadıqlarını göz yaşları içində izah edən Kastro nəvəsinə olan sevgisinin ona güc verdiyini deyib. Kastro, “Bir neçə aylıq bir nəvəm var və mən ondan möhkəm yapışdım” deyərək ailəsinə qovuşduğu üçün xoşbəxt olduğunu bildirib.

Balıqçının itməsinin ardından başladılan axtarış-xilasetmə işləri aylarla davam edib.

Избранный
23
hafta.az

1Источники