Anxel Korrea ağır cəzadan qaça bilməyib.
Gözlənildiyi kimi, o, bir müddət komandasına kömək edə bilməyəcək.
İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Atletiko”nun futbolçusunu 5 oyunluq cəzalandırıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, La Liqanın 27-ci turunun “Xetafe” ilə oyununun 88-ci dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə alan argentinalı futbolçu meydanı tərk edərkən hakimi təhqir etmişdi. Onun referinin anası haqda təhqiramiz söz söylədiyi bildirilir. Bu səbəbdən Anxel ağır cəzalandırılıb.
Yeri gəlmişkən, Korrea bu mövsüm “Atletiko”da ümumilikdə 37 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта