RU

Xarici turistlərin iştirakı ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçirilib

Qəbələ, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC

Baharın gəlişi münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Novruz bayramı şənliyi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şənlikdə çıxış edən Qoruğun direktoru Zahir Kərimov Novruz bayramının milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir xalqımızın həyatında mühüm yer tutduğunu bildirib. Vurğulanıb ki, baharın gəlişinin, təbiətin oyanışının carçısı olan bu bayram zəngin və qədim mədəniyyətimizin ayrılmaz hissəsi, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inam yaradan, təbiətin bəxş etdiyi nemətləri qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədən qiymətli bir irsdir.

Tədbiri daha da maraqlı edən isə həmin vaxt Qoruğu ziyarət edən xarici turistlərin həvəslə bayram şənliyinə qatılmaları olub. Xarici qonaqlar xalqımıza Novruz təbriklərini çatdırıb, bayram tonqalının alovlandırılmasında iştirak edib, iştirakçılarla birgə tonqal ətrafında yallı gedib, rəqs edib, şənləniblər.

Tədbir zamanı Çuxur Qəbələ kənd tam orta məktəbin şagirdləri tərəfindən ifa edilən Novruzun əsas atributları Kosa ilə Keçəl öz duzlu-məzəli zarafatları ilə şənlik iştirakçılarında ruh yüksəkliyi yaradıblar.

Həmçinin milli adət-ənənələrimizi özündə əks etdirən sənətkarlıq nümunələri nümayiş etdirilib, çay süfrəsi təşkil olunub.

Избранный
9
14
azertag.az

10Источники