"Azərbaycanla Ermənistan arasında sülh mətni üzrə razılığın əldə olunması vacibdir, sənədlərin imzalanması çox önəmli məsələdir".
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət deyib.
“İndiki dəyişkən və qeyri-sabit geosiyasi mühitdə sülh sazişinin nə qədər tez bağlanması, Azərbaycan üçün, bizim hər birimiz üçün çox vacibdir”, - o əlavə edib.
Qeyd edək ki, Lalə Şövkət 2021-ci ildə ürək əməliyyatı keçirib və hazırda ev şəraitində müalicəsi davam edir.