RU

“Aztelekom” ev təsərrüfatlarının genişzolaqlı internetə qoşulması təcrübəsi ilə bağlı beynəlxalq mükafatla təltif edilib

Bakı. Trend:

Martın 3-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisiolan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “EvTəsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı iləBağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home BroadbandDevelopment Award) mükafatı təqdim edilib. Bu nüfuzlu mükafatrəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalqtəcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindənverilib.

Mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən “GreenAll-optical Network Forum 2025” forumu çərçivəsində “Aztelekom”unnümayəndə heyəti ilə görüş zamanı baş tutub.

Mükafat “Aztelekom” MMC-yə ev təsərrüfatları üçün genişzolaqlıinternet xidmətlərinin 100 Mbit/s-dən 1 Gbit/s-yə yüksəldilməsi,prosesin uğurla kommersiyalaşdırılması üzrə sektora nümunə olduğunagörə təqdim edilib. Həmçinin “Aztelekom”un genişmiqyaslı 10G PONtexnologiyasını tətbiq edərək gələcəkdə 50G PON-a keçid üçün möhkəmtəməl qoyması, müştəri təcrübəsini yaxşılaşdırması və yerlibazarlarda xidmətlərin inkişafına istiqamət vermək məqsədiləinnovativ genişzolaqlı internet paketləri təqdim etdiyi üçün təltifedilib.

Qeyd edək ki, hər il təqdim edilən mükafat ev təsərrüfatlarınıngenişzolaqlı internetlə təmin edilməsinin inkişafı və istifadəçitəcrübələrinin yaxşılaşdırılması sahəsində fəaliyyəti ilə fərqlənənbir neçə şirkətə təqdim edilir. Bu il “Aztelekom” MMC ilə yanaşı,mükafata “Algeria Telecom” (Əlcəzair), “ZEOP” (Fransa), “ChinaTelecom” (Çin), “Hong Kong Telecom” (Çin) şirkətləri də layiqgörülüb.

Məlumat üçün bildirək ki, bu mükafat ölkəmizdə ilk dəfə məhz“Aztelekom” şirkətinə təqdim edilib.

Избранный
2
5
az.trend.az

6Источники