RU

ABŞ-dən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2025-ci ilin yanvar-fevral aylarında ABŞ - dan Türk limanlarına2 milyon 582 min 86 ton yük daşınıb.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyəbayrağı altında üzən gəmilər ABŞ - dan Türkiyə limanlarına 11 min173 ton yük daşıyıb.

“Bu ilin yanvar-fevral aylarında ABŞ - dan Türkiyəyə digərdövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 570 min 70 tonyük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzindəABŞ - dan Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə 843 ton yükçatdırılıb.

2025-ci ilin yanvar-fevral aylarında İrandan Türkiyə limanlarına84 min 352 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30milyon 855 min 73 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyənazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyəlimanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmiqəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyəbayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdənbildirilib.

Избранный
9
40
az.trend.az

10Источники