RU

Azərbaycan dili səviyyəsinin ölçülməsi üçün onlayn platforma hazırlandı

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib.
Demokratikmusavat.comxəbər verir ki, 17 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində platformanın təqdimatına həsr olunan tədbir keçirilib. 
Tədbirdə dövlət qurumlarının nümayəndələri, respublikanın müxtəlif elm və təhsil müəssisələrinin professor-müəllim heyəti, dilçi alimlər, akademiklər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb və bildirib ki, bir müddət öncə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb ictimaiyyətə təqdim edib. Həmin proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. Sədr imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.

"Bir qrup nüəllimi dəvət etdik və işlər başlandı. Bu imtahana dövlət büdcəsindən maliyyə ayrılmayıb. Bizim işçilər əsas işlərindən başqa öz vaxtlarını buna sərf ediblər.  

Təqdim olunan platforma ilkindir. Biz onlaryn sınaq imtahanı təşkil edirik. Bu platforma hər bir şəxsə imkan verəcək ki, daxil olaraq öz biliklərini də yoxlasın və bizim platformanı qiymətləndirsin",- deyə o əlavə edib.

Billurə Yunus

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
25
4
Demokratikmusavat.com

8Источники