RU

Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapıldı

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının tapıldığını açıqlayıb.

News24.az bildirir ki, Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib.

"Abidosda kral məzarının tapılması Cebel Anubis nekropolunda kral məzarlarının inkişafı ilə bağlı yeni elmi dəlillər təqdim edir. Bu qəbirlər eramızdan əvvəl 1700-1600-cü illərə aiddir", - məlumatda deyilib.

Bənəvitdəki dulusçuluq emalatxanası ilə bağlı bildirilib ki, “Bu emalatxana qədim zamanlarda Doqquzuncu bölgəni dulusçuluq və şüşə ilə təmin edən ən böyük istehsal mərkəzlərindən biri olub”.

Zəhraxanım Şeydayeva

Избранный
7
news24.az

1Источники