RU

Almaniya Ukraynaya növbəti yardım paketini açıqlayıb

Almaniya Ukraynaya növbəti yardım paketini elan edib.

APA xəbər verir ki, bu barədə məlumat Federal Hökumətin saytında yerləşdirilib.

Berlin Kiyevə yeni silah və sursat tədarükünü elan etdi

Yeni paketə minalardan müdafiə sistemi ilə təchiz edilmiş 22 ədəd “MRAP” tipli nəqliyyat vasitəsi, 33 ədəd “GEPARD” özüyeriyən artilleriya qurğusu və onun üçün nəzərdə tutulan 10 min ədəd sursat, “IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri, “Leopard 1” tankı üçün sursat “MARDER” piyadaların döyüş maşını, habelə 5 min ədəd 155 millimetrlik və 2 min ədəd 122 millimetrlik artilleriya sursatı daxildir.

Almaniya Ukraynaya tank sursatı, minaatan və zirehli texnika göndərir

Yeni hərbi dəstək paketində 8 min ədəd 120 millimetrlik miaatan sursat, 50 ədəd “VECTOR” kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı və onun ehtiyat hissələri, habelə 8 min ədəd 120 millimetrlik minaatan sursatı daxildir.

Bununla yanaşı, yeni paket özündə 50 ədəd kəşfiyyat xarakterli “Gereon RCS” uzaqdan idarəolunan nəqliyyat vasitəsi və 30 ədəd PUA aşkarlama sistemi də göndərəcək.

Almaniyadan Ukraynaya 50 pilotsuz uçuş aparatı və 100 minatəmizləyən sistem

Ukraynaya veriləcək sursatların arasında həmçinin 2 ədəd minatəmizləyən “Wisent-1” qurğusu, 2 ədəd tırtıllı minatəmizləyən nəqliyyat vasitəsi, 100 ədəd daşınabilən “H-PEMBS” minatəmizləyən sistem və Sərhəd Xidməti üçün iki ədəd zirehli avtomobil daxildir.

Almaniya hökuməti rəsmi Kiyevə yeni avtomat silahlar tədarük edir

Almaniya hakimiyyəti lazerli ölçmə cihazı, infraqırmızı binokl, o cümlədən “MK 556” və “HK 416” tipli avtomat silahları göndərib.

Qeyd edilib ki, Ukraynada müharibəsinin başladığı 2022-ci ildən sonra rəsmi Berlinin Ukrayna tərəfinə hərbi yardımlarının həcmi 5,2 milyard avroya çatıb.
Избранный
29
4
sherg.az

5Источники