RU

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

Laçının Zabux kəndinin sakinləri bu il də Novruzu doğma yurdlarında qarşılayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində Novruz şənliyi keçirilib. Bayram şənliyində məktəb kollektivi ilə bərabər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Təhsil sektorunun, “Laçın Abadlıq Xidməti” ASC-nin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Novruz şənliyində qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri nümayiş olunub, şagirdlər Keçəl və Kosa obrazını canlandırıblar. Şagirdlər yumurta döyüşdürüb, oyun oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.

Məktəblilərə Novruz bayramı və çərşənbələr haqqında ətraflı məlumat verilib.

Избранный
2
3
aznews.az

4Источники