RU

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Bakı, 17 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi hazırda rəqəmsal imtahanların təkmilləşdirilməsi üzərində işləyir və bunun üçün geniş məlumat bazasının toplanmasına ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanının daha təkmil variantını hazırlamaq üçün müvafiq data toplanmalıdır: “Ona görə də hazırda bu imtahanın onlayn variantını ictimaiyyətə təqdim etmişik. Mənim çağırışım Azərbaycandakı mütəxəssislərədir ki, bu imtahanda iştirak etsinlər, öz fikirlərini və təkliflərini bizə bildirsinlər”.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi müəyyən mərhələdən sonra bu imtahanı rəsmi sertifikatlaşdırma səviyyəsinə çatdıracaq və Azərbaycan dilinə aid rəsmi sertifikatlar verəcək.

Избранный
25
azertag.az

1Источники