RU

Tehranda yaşayan azərbaycanlı yazıçı sürgünə göndərilir

Tehranda yaşayan azərbaycanlı yazıçı, tədqiqatçı və media fəalı Əkbər Azad Tehranın Baharistan bölgəsinin İnqilab Məhkəməsinin Hökmlərin İcrası Bölməsinə çağırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bununla bağlı ona çağırış məktubu göndərilib.

Məktubda onun 2 illik sürgün cəzasının icra edilməsi ilə bağlı çağırıldığı bildirilib.

Qeyd edək ki, 2017-ci il fevralın 21-də Beynəlxalq Ana Dili Günü ilə bağlı mədəni aksiyada həbs edilən Əkbər Azad 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. O, 17 fevral 2024-cü ildə Loristan əyalətinin Dərəşəhr bölgəsinə sürgün edilsə də, bir müddət sonra müalicə üçün Tehrana geri qayıtmışdı.

Milli.Az

Избранный
7
6
milli.az

7Источники