"Yaxşı hazırlaşmışdıq. "Sumqayıt"da üç oyunçu ön plana çıxdı".
İdman.biz xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XIX turunda "Sumqayıt"a 103:112 hesablı məğlubiyyəti şərh edib: "Bu gün "Sumqayıt"ın oyunçularının atdıqları səbətə düşdü. Müdafiədə etdiyimiz dəyişikliklərə baxmayaraq, yenə uduzduq. Mövsümdə bir oyunumuz qalıb. "Ordu" ilə matça yaxşı hazırlaşıb müntəzəm mövsümü yüksək notlarla bitirməyi düşünürük. Görək də necə alınacaq. Uğurlu olmaq istəyirik".
Qeyd eədk ki, "Quba" mövsümdə 14-cü dəfə uduzaraq, pley-inə yüksəlmək şansını itirib.
İdman.biz