Hücumçu Məhəmməd Salah 2024/2025 mövsümünün sonunda "Liverpul"u tərk edərək azad agent ola bilər.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, Mersisayd komandasının baş məşqçisi Arne Slot Salahı "Real Madrid"in forvardı Rodriqonu ilə əvəzləmək istəyir.
"Real Madrid" Rodriqo ilə ayrılmaq istəmir və klubun prezidenti Florentino Peres braziliyalının səviyyəsini yüksək qiymətləndirir. Bununla belə, əgər "Liverpul" Rodriqo üçün 100 milyon avrodan çox təklif etsə, o zaman Los Blankos futbolçu ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə bilər. Bu zaman Rodriqonun özünün də mövqeyi önəmli olacaq.
Hazırkı müqavilə 24 yaşlı Rodriqonu Real Madridlə 2028-ci ilin ortalarına qədər bağlayır.