Lənkəran stansiyasından 19 kilometr şimalda Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan “Ölkə.Az”a verilən məlumata görə, yerli vaxtla saat 00:48-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,5-ə bərabər olub.