Polşalı hücumçu Robert Levandovski son 4 mövsümdə “Barselona”nın heyətində 35 qol vuran ilk futbolçu olub.
Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu bunu La Liqanın 28-ci turunda “Atletiko” ilə matçda reallaşdırıb.
Buna sonuncu dəfə argentinalı hücumçu Lionel Messi nail olub. O, 2020/2021 mövsümündə meydana çıxdığı 47 oyunda 38 qola imza atıb.
Levandovski “Barselona”nın qələbə qazandığı (4:2) görüşün 72-ci dəqiqəsində fərqlənib.
O, cari mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 40 matçda 35 qol vurub.