RU

Karni Zelenskini Kanadada keçiriləcək G7 sammitinə dəvət edib

Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Volodimir Zelenskini 2025-ci ildə bu ölkədə keçiriləcək Yeddilik Qrupunun (G7) sammitinə dəvət etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu haqda Karni London səfəri zamanı keçirdiyi mətbuat konfransında məlumat verib.

"Mən Zelenskini G7 sammitinə dəvət etmişəm və onunla iyunda Kanadada görüşməyi səbirsizliklə gözləyirəm", - Karni deyib.

Kanadanın baş naziri əlavə edib ki, Ottava Kiyevə hərtərəfli yardımı davam etdirəcək.

Qeyd edək ki, G7 sammiti 15-17 iyun tarixlərində Alberta ştatının Kananaskis kurort zonasında keçiriləcək.

Избранный
22
32
apa.az

10Источники