RU

“Qarabağ”ın futbol akademiyası üçün yer TAPILMIR – Klubdan AÇIQLAMA

Bu yaxınlarda “Qarabağ” klubunun prezidenti Tahir Gözəl jurnalistlərə verdiyi açıqlamada klubun akademiyasının tikintisi ilə bağlı problemlə üzləşdiklərini deyib. Klub rəhbəri bir neçə dəfə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etdiklərini amma cavab almadıqlarını bəyan edib. Məhz bu səbəbdən akademiyanın tikintisi ilə bağlı heç bir irəliləyişin olmadığını açıqlayıb.

Bəs görəsən problem nədən qaynaqlanır?

Məsələ ilə bağlı “Qarabağ”ın futbol akademiyasının meneceri Nail Kərimovla əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında tikinti üçün ərazi ayrılması ilə bağlı bir neçə dəfə müraciət etdiklərini təsdiqləyib. Ancaq hələ ki, müsbət cavab almadıqlarını deyir:
 

“Bu məsələ hazırda bizim üçün prioritetdir. Çünki konkret məkanımız olmadığına görə uşaq komandaları müxtəlif yerlərdə məşq edirlər. Klub prezidenti Tahir bəyin dediyi kimi bir neçə dəfə akademiyanın tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması üçün müraciət olunub.


Bu elə məkan olmalıdır ki, külək tutan yer olmasın, təbii landşaftı futbol meydançalarının salınması üçün əlverişli olsun. Nəqliyyat məsələsini də nəzərə almaq lazımdır. Çünki şəhərdən xeyli uzaq olan məkan olsa, gələcəkdə uşaqların gediş-gəlişi üçün problemlər yarana bilər. Hələ ki, müraciətlərimizə baxmayaraq bu şərtlərə uyğun, hansısa ərazi bizə təklif olunmayıb”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
10
50
bizim.media

10Источники