RU

Yaponiyada yeganə olan avtomobil hərracda satılacaq

"RM Sotheby's" hərrac evi Yaponiyada yeganə olan "Alfa Romeo Disco Volante" kupesini satışa çıxaracaq.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, "Carrozzeria Touring" atelyesi ilə birgə hazırlanmış bu avtomobillərdən cəmi on ədəd istehsal edilib. Lakin yaponiyalı müştəri üçün yaradılan bu model xarici dizaynında eksklüziv detallarla fərqlənir. Hərracdakı qiymət gözləntiləri açıqlanmır.

"Disco Volante" layihəsi 2010-cu illərin əvvəllərində 1950-ci illərin eyni adlı orijinal "Alfa Romeo" modelinə ehtiram əlaməti olaraq təqdim edilib. Müasir versiyanın əsasını "8C Competizione" superkarı təşkil edir. O öz dizaynı ilə ideoloji sələfinin xarici görünüşünü xatırladır.

Kupeyə 450 at gücü olan 4,7 litrlik V8 quraşdırılıb ki, bu da avtomobilin 100 km/s sürətə 4,2 saniyəyə çatmasını təmin edir.(oxu.az)

Избранный
91
1
avtosfer.az

10Источники