RU

HƏMAS-dan ilk açıqlama gəldi: "Bu, əsir saxlanılanlara ölüm hökmü çıxartmaqdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İsrailin hərbi əməliyyatları bərpa etmək qərarı Qəzza zolağında girov saxlanılanlar üçün ölüm hökmü deməkdir".
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü İzzat ər-Rişk çıxış edib.
"Benyamin Netanyahunun müharibəyə qayıtması əsirləri qurban vermək və onlara ölüm hökmü çıxartmaqdır".
Qeyd edək ki, bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. Hücum nəticəsində Qəzzada azı 232 nəfərin həlak olduğu bildirilir.
Избранный
21
50
oxu.az

10Источники