RU

Cənubi Koreya ordusu bunkerlərin ələ keçirilməsi üçün əməliyyatlar həyata keçirir

ABŞ və Cənubi Koreya əsgərləri pilotsuz uçuş aparatları və dördayaqlı robot itlərdən istifadə etməklə Şimali Koreya tunellərini bloklamaq və onlara hücum etmək üçün təlimlərə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Korea JoongAng Daily qəzeti məlumat yayıb.

Manevrlərə 370 hərbçi cəlb olunacaq və 4 gün davam edəcək.

Cənubi Koreya ordusunun Quru Əməliyyatlar Komandanlığı bildirib ki, Şimali Koreya lideri Kim Çen In və digər yüksək vəzifəli şəxslər üçün gizli qaçış yolları kimi Pxenyan və Şimali Koreyanın digər strateji ərazilərinin altında minlərlə tunel qazılıb. Bura həmçinin, kütləvi qırğın silahları üçün anbarlar və metro sistemi də daxildir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
9
herbiand.az

1Источники