Gürcüstanda “qanuni oğru”lardan birinin qardaşı Levan Canqveladzeni qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs martın 14-də Tbilisinin Çavçavadze prospektində iki nəfərə tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları bu gün Tbilisidə təqsirləndirilən şəxsi saxlayıblar.