Bakının Nərimanov rayonunda 22 qumbara aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi və Nərimanov rayonları ərazisində 22 qumbara, 1 tapança, 1 tüfəng, 1 patron darağı və 13 patron tapılaraq götürülüb. Həmçinin 48 yaşlı paytaxt sakini 1 avtomat silahı, 1 patron darağı və 4 patronu könüllü olaraq polisə təhvil verib.