RU

Tərəflər mediasiya prosesinə xitam verildikdən sonra bu vəsaitdən məhrum olacaqlar

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bundan əlavə, təklif edilən dəyişikliyə əsasən, mediasiya təşkilatı mediatoru 3 iş günü ərzində təyin edəcək.

Mediasiya prosesinə xitam verildikdən sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verəcək və ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən xərclər istisna olmaqla xərclənməmiş qalıq məbləği onlara qaytaracaq.

Mövcud qanunvericiliyə əsasən, barışıq sazişi imzalandıqdan sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verir və xərclənməmiş qalıq məbləği onlara qaytarır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Mina Mikayılova

Избранный
26
1
bakivaxti.az

2Источники