ABŞ-a məxsus pilotsuz təyyarə İranın hava məkanını pozmağa cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə “Nournews” məlumat yayıb.
Bildirilir ki, ABŞ-a məxsus “MQ-4C” tipli casus təyyarəsi İran təyyarələri tərəfindən müəyyən edildikdən sonra İran hava məkanı yaxınlığından geri çəkilib.
Xəbərdə İran Silahlı Qüvvələrinin hər cür hücuma qarşı tammiqyaslı müdafiəyə və Yaxın Şərqdəki düşmənlərin maraqlarına şiddətli hücuma hazır olduğu bildirilib.