RU

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoruüzrə 3.4 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə647.4 milyard dollar profisit olub.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, nəticədə ilkin gəlirlərbalansında kəsir 14.5% daralaraq 2.7 milyard dollar təşkiledib.

Məlumata əsasən, hesabat dövründə ilkin gəlirlər üzrədaxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.9 milyard dollarolub.

"Bunun 67.3%-ini 5.3 milyard dollar olmaqla Azərbaycandanqeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsashissəsini (3.9 milyard dollar) xarici investorların payına düşəngəlirlərin repatriasiyası (o cümlədən 3.5 milyard dollar beynəlxalqneft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklindərepatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərəödənilən faizlər (0.3 milyard dollar), xarici kreditlərdənistifadəyə görə ödənilən faizlər (0.5 milyard dollar) və digərödənişlər (0.6 milyard dollar) təşkil edib), - məlumatda qeydolunub.

Избранный
10
az.trend.az

1Источники