2024-cü ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 438,1 milyon ABŞ dolları təşkil edib. Halbuki, 2023-cü ildə tədiyyə balansında 5 milyard 356,4 milyon dollar profisit olmuşdu.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 4 milyard 671,1 milyon dollarlıq profisit (əvvəlki illə müqayisədə 43,9 % az), kapital hesabındakı 1,4 milyon dollarlıq kəsir (6,9 dəfə az), maliyyə hesabındakı 5 milyard 001,1 milyon dollarlıq kəsir (əvvəlki il 16,7 % çox), balanslaşdırıcı maddələr üzrə 106,7 milyon dollarlıq kəsir (əvvəlki il profisit olub) hesabına formalaşıb.