Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi və Nərimanov rayonları ərazisində 22 qumbara, 1 tapança, 1 tüfəng, 1 patron darağı və 13 patron tapılaraq götürülüb. Həmçinin 48 yaşlı paytaxt sakini 1 avtomat silahı, 1 patron darağı və 4 patronu könüllü olaraq polisə təhvil verib.
Son Yazılar:
- Polis Nərimanovda 22 qumbara aşkarladı
- Azərbaycanda un BAHALAŞDI
- Nikah müqaviləsi məcburi olsa, kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz
Araşdırmalar aparılır.