Rusiyadan Ermənistana təbii qazın verilişi Gürcüstan ərazisində aparılan təmir işləri səbəbindən müvəqqəti olaraq dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.
“18 mart tarixində saat 09:00-dan 18:00-a qədər Gürcüstan ərazisində yerləşən Qazax-Saquramo (DN 1000) tranzit magistral qaz kəmərində fövqəladə bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq, Ermənistana təbii qazın tədarükü müvəqqəti dayandırılacaq”, – şirkətin mətbuat xidməti bildirib.
Qeyd edək ki, “Qazprom” Ermənistana təbii qazın yeganə təchizatçısıdır. Qaz nəqli şəbəkəsinin operatoru isə Rusiyanın “Qazprom” konserninin 100% payına sahib olduğu “Qazprom Ermənistan” QSC-dir.