RU

“Məhəllə” filminin obrazları uşağa çevrildi – Trend oldu + VİDEO

Qrafik dizayner Mirmehdi Seyidzadə məşhur "Məhəllə" filminin sevilən personajlarını süni intellekt vasitəsilə uşaqlığa qaytarıb. Məzəli və nostalji dolu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Yenisabah.az xəbər verir ki, 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilən və tamaşaçıların sevimlisinə çevrilən "Məhəllə" filmi kiçik bir məhəllənin əhvalatlarını və orada yaşayan insanların məzəli macəralarını əks etdirir. Filmin hadisələri əsas obrazlardan biri olan Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır və anasının (Kübra Əliyeva) onu evləndirmək istəməsi ilə davam edir.

Mirmehdi Seyidzadənin süni intellektlə yaratdığı görüntülərdə filmin ikonik obrazları – Məzi, Eliş, Roşka, Qüdrət və Tofiq uşaqlıq halında təsvir olunub. Bu görüntülər izləyicilərdə nostalji hisslər oyadıb və qısa müddətdə sosial mediada trendə çevrilib.

Qrafist Mirmehdi Seyidzadə daha əvvəl də şou-biznes nümayəndələri ilə bağlı maraqlı dizayn işləri ilə diqqət çəkib. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
5
yenisabah.az

1Источники