RU

Antarktikada həmkarını zorlayan və öldürməklə hədələyən alim günahını ETİRAF ETDİ

Antarktika bazasında həmkarını zorlayan və öldürməklə hədələyən Cənubi Afrikalı alim günahını etiraf edib və könüllü olaraq “psixiatrik müayinədən” keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” ətraf mühit naziri Dion Corcuya istinadən yazıb.

Onun sözlərinə görə, münaqişə qrup rəhbərinin hava şəraitindən asılı olaraq müəyyən tapşırığı yerinə yetirmək tələbi səbəbindən baş verə bilərdi.

Cənubi Afrikalı tədqiqatçılar Antarktidada daha on ay qalacaqlar.

Cənubi Afrika hökuməti “tədbir gördüyünü” və Sanae IV-dəki komanda ilə daim əlaqə saxladığını bildirib.

Xatırladaq ki, Antarktidada təcrid olunmuş Sanae IV tədqiqat stansiyasında işləyən Cənubi Afrikalı alimlər kömək istəyən təcili məktub göndəriblər.

Onlar bildiriblər ki, həmkarlarından biri digər ekspedisiya üzvünü öldürməklə hədələyib və komanda üzvlərinə qarşı zorakılıq, o cümlədən cinsi zorakılıq törədib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
9
interpress.az

1Источники