17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi Maltaya məğlub olub.
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşıb.
Operativ Media xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununu portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edib.
Görüş Bayıl stadionunda, saat 13:00-da başlayıb. Millimiz rəqibinə 2-0 hesabı ilə uduzub.