RU

Havanın temperaturu 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisindəhava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabirgüclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturununötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyigözlənilir.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi,şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qaryağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı,Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli selkeçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-igündüzədək davam edəcək.

Məqalədə:
Избранный
7
49
az.trend.az

10Источники