17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.
Sportal.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma Malta seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda Lüksemburq yığması üzərində 4:0 hesablı qələbə qazanan Bolqarıstan millisi qrupda birinci yeri tutaraq, A Liqasına vəsiqə əldə edib.
saytlarin hazirlanmasi