Demoqrafik vəziyyət
Şəmkir rayon əhalisinin sayı 2024-cü ildə (məcburi köçkünlər istisna olmaqla) 897 nəfər artaraq 01.01.2025-cü il vəziyyətinə 218292 nəfərə çatmışdır. Əhalinin 50,6 faizini (110477 nəfər) kişilər, 49,4 faizini (107815 nəfər) qadınlar təşkil edir. Ərazisi 1660 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 131 nəfər olmuşdur.
Cədvəl 1
Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
Demoqrafik göstəricilər
Nəfərlə
Əhalinin hər 1000 nəfərinə
2024-cü il
2023-cü il
artım(+)
azalma(-)
2024-cü il
2023-cü il
Ümumi artım
897
1211
-314
4,1
5,6
Təbii artım
963
1178
-215
4,4
5,4
doğulanlar
2349
2589
-240
10,8
11,9
ölənlər
1386
1411
-25
6,4
6,5
Nikahlar
938
1079
-141
4,3
5,0
Boşanmalar
394
318
+76
1,8
1,5
Qrafik 1
2023-cü il və 2024-cü ildə demoqrafik göstəricilər
Ədliyyə Nazirliyinin şəhər (rayon) qeydiyyat şöbələri tərəfindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2024-cü ildə rayonda 2349 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,9-dan 10,8-ə düşmüşdür. Doğulan körpələrin 56,7 faizi oğlan, 43,3 faizi isə qız uşaqlarıdır.
2024-cü ildə 1386 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 6,5-dən 6,4-ə qədər azalmışdır.
2024-cü ildə rayonda 754 nikaha daxilolma və 394 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,3-ə düşmüş, boşanmaların sayı isə artaraq 1,5-dən 1,8-ə qədər artmışdır.
Cədvəl 2
Əhalinin mexaniki hərəkətinin göstəriciləri
S/s
Demoqrafik göstəricilər
Nəfərlə
Əhalinin hər 1000 nəfərinə
2024-cü il
2023-cü il
2024-cü il
2023-cü il
1
Gələnlərin sayı
91
163
0,4
0,7
2
Gedənlərin sayı
157
130
0,7
0,6
3
Miqrasiya saldosu
-66
33
-
0,2
2024-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 91 nəfər gələn, rayondan 157 nəfər gedən qeydə alınmış, rayon üzrə miqrasiya saldosu mənfi 66 nəfər təşkil etmişdir.
Şəmkir rayon Statistika idarəsinin rəisi:Həsənov Şikar