RU

Aeroportda səhv çemodan götürdülər: İçindən... 

Tailanddan Yaponiyanın Narita hava limanına uçan cütlük Banqkokdakı Suvarnabhumi hava limanında səhvən başqa bir sərnişinə məxsus qara çemodanı götürüblər. 

"Cebheinfo.az" xəbər verir ki, əsl sahibi çemodanın əskik olduğunu görüb səlahiyyətlilərə xəbər verib. İtəb çemodan kimi  qalan baqajın üzərində cütlüyün qızının telefon nömrəsi olub.  Səyahət etməyi planlaşdıran qızları zəngə cavab vermədikdə, çaşqınlıq yaranıb. 

Dörd saat hava limanında gözləyən cütlük səhv baqajla təyyarəyə minərək Yaponiyaya gediblər.  Narita hava limanında qaldıqları otelə çatanda çemodandan şəxsi əşyalarını götürmək istəsələr də, kilidi aça bilməyiblər.  Şübhələnən və qızlarını axtaran cütlük baqajın birjasının yoxlayıb.

Onlarla birlikdə olan taylandlı tur bələdçisi etiketi yoxlayanda çemidanın başqasına məxsus olduğunu anlayıb.  Ekskursiya qrupunun üzvləri çemodanı açmağa müvəffəq olanda içinə 24 kiloqram qurudulmuş marixuana doldurulduğu üzə çıxıb.  Şoka düşən cütlük və onların bələdçisi vəziyyəti dərhal hava limanının rəhbərliyinə çatdırıb.

Yapon gömrük işçiləri cütlüyün narkotik qaçaqmalçılığı etmək niyyətində olmadıqlarını müəyyən ediblər. Lakin hadisə ilə bağlı araşdırma saatlarla davam edib.  Əvvəlcə Fuji dağının yaxınlığındakı kurortda qalmağı planlaşdıran cütlük çaşqınlıq üzündən hava limanı yaxınlığındakı oteldə gecələmək məcburiyyətində qalıb.

Ekskursiya bələdçisi hadisənin miqyasına diqqət çəkərək aşağıdakı kritik suallar verib: "24 kiloqram marixuana Surat Tani Beynəlxalq Hava Limanından Suvarnabhumi Hava Limanına necə gəldi? Bəs Naritaya qədər o, necə diqqətdən kənarda qaldı?" Hadisə ilə bağlı araşdırma başladılıb. 

Избранный
8
cebheinfo.az

1Источники