RU

Mbappeyə ötürmə etməyən Ardanı təriflədilər

İspaniya La Liqasında “Real Madrid”in 2-1 qələbəsi ilə yekunlaşan “Vilyarreal”la səfər matçında müşahidə edilən gərginliklə bağlı müzakirələr davam edir. Metbuat.az xəbər verir ki, yerli media gərginliklə bağlı məqalə dərc edib. “Defensa Central” dərc edilən məqalədə deyilir ki, "Barselona"nı deyil “Real” seçən Ardanın istedadı müzakirə mövzusu ola bilməz. Məqalədə, “heç kim Arda Gülerin istedadını müzakirə edəcək qədər axmaq ola bilməz" - deyə bildirilib.

Qeyd edək ki,ikinci hissədə oyuna daxil olan Arda Gülerin Mbappeyə ötürmə etməməsi gərginlik yaradıb. Topu qəbul edən Arda Güler Mbappeyə ötürmə etməyib və topu birbaşa qapıya göndərib. Lakin zərbə dəqiq olmayıb. Mbappe bu epizoda əsəbiləşib və Ardaya etiraz edib.

Избранный
10
metbuat.az

1Источники