Rusiya İsrailin Qəzzaya hava hücumlarını bərpa etməsini pisləyir və işğal olunmuş Fələstin ərazilərində humanitar əməliyyatlara qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırır.
Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar vəziyyətlə bağlı iclasında deyib.
“Biz İsrail hakimiyyətini atəşi dərhal dayandırmağa, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla bütün İşğal olunmuş Fələstin Ərazisində (OPT) humanitar əməliyyatlara qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırırıq” deyə Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti onun rəsmi saytında bildirib.
Mövsüm