Çexiya prezidenti Petr Pavel hesab edir ki, Çexiya cəmiyyəti müharibə olacağı təqdirdə əlinə silah alıb ölkəsini müdafiə etməyə hazırdır.
Qaziler.az Novinky-yə istinadən xəbər verir ki, o, bu barədə martın 18-də Praqada təhlükəsizlik konfransında bildirib.
Pavel “ən pis hadisə baş verərsə, biz silaha sarılmağa və ölkəni müdafiə etməyə hazır olacağığ”ına öz əminliyini ifadə edib.
O, həm də şərəfini qorumaqdansa, güzəştlər bahasına olsa belə, təcavüzkar Rusiya ilə razılaşmağın daha yaxşı olduğu fikrinə qarşı durmağa çağırıb.
"Əgər biz razılığa gəlməyin və təslim olmağın özümüzü müdafiə etməkdən, şərəf və ləyaqətimizi qorumaqdan daha yaxşı olduğu hissini yaşasaq, o zaman cəmiyyəti birləşdirmək və təhlükəsizliyimiz üçün daha çox səy göstərmək çətin olacaq", - Çexiya prezidenti izah edib.
QAZİLER.AZ