Futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, ilk matçda “Neftçi” U-19-la qarşılaşıb. 

Birinci hissə kifayət qədər gərgin keçib. Qarşılıqlı qollar sayəsində tərəflər fasiləyə “sülh”lə yollanıb. İkinci hissənin əvvəli U-19 üçün arzuolunmaz keçib. 5 saniyə ərzində 2 qol buraxan gənclər sonrakı dəqiqələrdə də buna mane ola bilməyib.

Turun digər oyununda lider “Baku Fire” orta pillələrdə qərarlaşan “Şuşa”nı sınağa çəkib. Düzdür, oyunun əvvəli gərgin keçib. Əvvəlcə lider hesabı açıb, ardınca nominal qonaqlar qol vurub. Amma sonrakı dəqiqlərdə fərqlənən “Baku Fire”in üzvləri olub.

Son çempionla autsayderin görüşü isə daha çox məşqə bənzəyib. Oyunda yeganə əlamətdar hadisə “Araz-Naxçıvan”ın yeni transferi Karlos Karlos Herniquenin Yüksək Liqada debüt etməsi və qol hesabını açması olub.

Neftçi İK - U-19 12:5
Qollar: Vahib Xocayev, 5:59, Abdul Qafar Sadeqi, 7:18, 36:57, Emil Həsənzadə, 18:19, 29:25, Fərid Atakişiyev, 20:26, Xətai Bağırov, 20:31, 22:20, 23:33, 32:12, Əjdər Əjdərov, 25:03, Mortoza Haidari, 26:15 - Nazim Hüseynov, 14:13, Ədalət Ələkbərov, 15:02, 16:02, Pünhan Qasımzadə, 30:23, Fariz Hüseynov, 36:00.

Baku Fire – Şuşa 9:1
Qollar: Oktay Rüstəmli, 4:34, 14:12, İaqo Henrique, 17:50, 32:56, Murad Quluzadə, 27:15, 27:38, 36:41, Paulo Henrique, 28:37, Fərid Abbasov, 30:07 - Nüsrət Fərzəli, 5:08.

Araz-Naxçıvan - Yasamal Bakı 20:0
Qollar: Karlos Hernique, 1:49, 9:04, 16:53, 31:09, 32:30,  Giovanny, 3:17, 6:59, 15:25, Lazar Milosavljevic, 4:48, 12:28, Amirhossein Rasouli, 5:10, 5:24, 36:14, 36:34, Novruz Kazıxanov, 13:57, 24:50, 25:15, Nurlan Məmmədov, 14:39, Xəzər Ağalızadə, 18:07, Roman Adamov, 26:28.