RU

Mahsun Kırmızıgül qızı ilə birlikdə Edip Akbayramın məzarını ziyarət edib

Mahsun Kırmızıgül qızı ilə birlikdə Edip Akbayramın məzarını ziyarət edibMahsun Kırmızıgül qızı ilə birlikdə yaxın günlərdə vəfat edən Edip Akbayramın məzarını ziyarət edib.

BiG.AZ xəbər verir ki, o, görüntüləri sosial şəbəkədə paylaşıb.

"İstanbula gələn kimi ayaqlarım məni qızım Lavinlə birlikdə Edip Akbayramın məzarına apardı.Ürəyimdə böyük bir ağırlıq var idi, mən onun məzarına gül qoyanda içimdə nəsə qırıldı. Çünki sevdiyim adamın, ustadımın, qardaşımın yas mərasiminə gedə bilmədim. Mənim üçün o, təkcə dinlədiyim və ya ilk mahnısını əzbərlədiyim sənətçi deyildi. O, mənim kumirimdi.

Gözlərimi yumdum və birdən 6-7 yaşlı özümə qayıtdım. O yaşda eşitdiyim səsi və içimdə cücərən heyranlığı xatırladım. O səsi ilk dəfə eşidəndə keçirdiyim həyəcan onun mahnıları ilə böyüdüyüm illərə gedib çıxır.

Edip Abi insanlara dəyər verirdi. O, şərəfli, vicdanlı, mərhəmətli idi. O, təkcə böyük sənətkar deyil, həm də çox yaxşı ata və çox yaxşı baba idi. Bu gün onun məzarı başında bir daha anladım: O, mənim ürəyimə toxunan, həyatımı formalaşdıran ən xüsusi insanlardan biri idi.

Yanımda dayanan qızım Lavin göz yaşlarımı başa düşə bilmədi. Balaca əlləri ilə əlimdən tutub məsum səslə soruşdu: "Ata, niyə ağlayırsan? Onu çox sevirsən?"

Bu zaman boğazım düyünləndi. Qızıma baxıb dərindən nəfəs aldım və Edip baba ilə aramdakı bütün hekayəni ona danışdım. Onun kim olduğunu, həyatımda necə bir iz qoyduğunu və onun yoxluğunun niyə içimdə böyük bir boşluq yaratdığını dedim. Lavin gözlərimin içinə baxanda sanki mənim ağrılarımı da hiss edirdi. Göz yaşları içində məni qucaqladı.

Bu gün bir daha anladım ki, bəzi insanlar ölmür. Onlar bu dünyadan sadəcə köçürlər, amma ürəklərdə, xatirələrdə, mahnılarda, dualarda yaşamağa davam edirlər. Edip qardaş belə bir insandır... Mən isə onu belə xatırlamağa, əsərlərini oxumağa, ömrümün sonuna qədər adını ürəyimdə daşımağa davam edəcəm.

Ruhun şad olsun gözəl insan" ,- deyə o bildirib.

Избранный
29
big.az

1Источники